Araşdırma
1
İki dielektrik maddənin qarışığından yaranan məhluldan nə üçün cərəyan keçdi?
Təchizat: sabit cərəyan mənbəyi, kömür
elektrodlarla təchiz edilmiş qab (elektrolitik
vanna), lampa, ampermetr, quru xörək duzu
(
NaCl, 200–300 q), distillə edilmiş su (1 litr),
qaşıq, açar, birləşdirici naqillər.
İşin gedişi:
- Cərəyan mənbəyinə lampa, ampermetr, açar
və içərisinə iki elektrod daxil edilmiş vannanın
ardıcıl qoşulduğu elektrik dövrəsi yığın (a).
- Qaba xörək duzu töküb elektrodların uclarını
ona batırın. Açarı qapayın, ampermetrin
göstəricisini və lampanın işıqlanıbişıqlanmadığını
müşahidə edin (b).
- Qabdakı xörək duzunu boşaldın, yerinə
distillə edilmiş su töküb təcrübəni təkrarlayın
və dövrədən cərəyanın keçib-keçmədiyini
müəyyən edin.
Distillə edilmiş suya bir qaşıq xörək duzu
əlavə edib qarışdırın və baş verən hadisəni
müşahidə edin (c).
Nəticəni müzakirə edin:
- Araşdırmadan nə müəyyən etdiniz: ayrılıqda
götürülmüş xörək duzu və distillə
edilmiş su keçiricidir, yoxsa dielektrik?
- Bu iki maddəni qarışdırdıqda elektrik dövrəsində
təəccüblü nə baş verdi? Niyə?