1896-cı ildə ABŞ psixoloqu Con Stretton öz üzərində belə bir
eksperiment apardı. O, gözündə hər şeyin tərsinə xəyalını
verən eynək yerləşdirdi. Nəticədə, aləm Strettonun şüurunda
tərsinə çevrildi: o, bütün cisimləri alt-üst görməyə başladı,
gözün digər hissiyyat orqanları ilə əlaqəsi pozuldu və onda
“dəniz xəstəliyi” yarandı. Orqanizmdəki bu pozuntu dörd sutka
davam etdikdən sonra, nəhayət, beşinci gün alim özünü
eksperimentdən əvvəlki normal halında hiss etməyə başladı:
bütün cisimlər yenə də düzünə göründü. Lakin o, eynəyi
çıxardıqda yenidən bütün aləm tərsinə çevrildi və yalnız bir
neçə saatdan sonra normal görmə bərpa olundu.