Hansı təsvirlər gözün eynəksiz və eynəkli uzaqdangörməsinə uyğundur?
Əvvəlki məsələdə verilən hansı təsvirlər gözün eynəksiz və eynəkli yaxındangörməsinə
uyğundur?
Hansı halda göz büllurunun fokus məsafəsi böyükdür: siz kitab oxuduqda, yoxsa
televizora baxdıqda? Nə üçün?
Baba optik qüvvəsi +6 dptr olan linzalı eynəkdən istifadə edir. Bu linzanın fokus
məsafəsi nə qədərdir? Babanın hansı görmə qüsuru var?
Pəncərədən küçəyə baxdıqda yaxınlıqda və uzaqda olan cisimləri eyni zamanda
dəqiq görmək olmur: yaxınlıqdakı cisimlər dəqiq göründüyü halda, uzaqdakı
cisimlər tor görünür və ya əksinə. Nə üçün?
Hündürlüyü 2 m olan cismin xəyalının hündürlüyü 2 sm alınırsa, fotoaparatın
obyektivinin böyütməsini təyin edin.