⇧
Araşdırma
1
Eksperimentdənçıxan nəticə.
Aşağıda ingilis fiziki Rezerfordun apardığı eksperimentin
qısa məzmunu verilir. Onu diqqətlə
oxuyun və eksperimentin nəticəsinə dair fərziyyənizi
formalaşdırın.
İşin gedişi:
Dar çıxış kanalı (
1) olan qurğuşun konteynerə (
2) radioaktiv
radium maddəsi (
3) yerləşdirilir. Çıxışın
qarşısında induksiya xətləri kanala perpendikulyar
olan güclü maqnit sahəsi yaradılır. Şüaların yolunda
yerləşdirilən fotolövhə (
4) araşdırılanda orada üç qaralmış
ləkə aşkar edilir (
a).
Bu ləkələrdən biri kanalın çıxışı qarşısında, digər
iki ləkə isə kanaldan diametral əks nöqtələrdə alınmışdır.
Deməli, radioaktiv maddə öz-özünə şüalanmaya məruz
qalmışdır və bu şüalanma mürəkkəb tərkibə malikdir.
Nəticəni müzakirə edin:
- Təcrübədən daha hansı nəticələr çıxır:
a) |
nə üçün kanaldan çıxan şüalanma maqnit sahəsində üç müxtəlif hissəyə ayrıldı? |
b) |
bu hissələrin tərkibindəki zərrəciklərin elektrik yükü haqqında sol əl qaydasını tətbiq
etməklə nə söyləmək olar? |