Radioaktivliyin kəşfi belə bir fərziyyə irəli sürməyə imkan verdi:
1
– atom mürəkkəb quruluşa malik əlaqəli sistemdir
2
– bir kimyəvi element digər elementə çevrilə bilər
3
– atomun bütün kütləsində müsbət yüklər bərabər paylanır, elektronlar isə “keksdə
kişmiş” kimi bu kütlədə bərabər paylanır
A) 1 və 2 B) yalnız 3 C) yalnız 1 D) yalnız 2 E) 1 və 3
Atomun planetar modeli nəyə əsaslanır?
A) α və β-şüalanmanın maqnit sahəsində meyil etməsi təcrübəsinə
B) atom və molekulların fotoaparatla şəkillərinin çəkilməsinə
C) α və β-şüalanmanın elektrik sahəsində meyil etməsi təcrübəsinə
D) Günəş sistemi cisimlərinin mexaniki hərəkətlərinin hesablanmasına
E) α-zərrəciklərin səpilməsi təcrübəsinə
Kimyəvi elementlərin U, Ge, Ca, Sb, Al, Cu, Au, Si simvollarını atomlarındakı
elektronların sayına görə artan sıra ilə düzün.