Gümüş-nitrat məhlulunun elektrolizi zamanı 7,84 q gümüş ayrıldı. Məhluldan keçən
elektrik yükünü təyin edin (kgümüş = 1,12 · 10-6kq Kl)
Cərəyan şiddətinin 6A qiymətində 10 dəq müddətində elektrolitik vannada 1,224 q
sink ayrıldı. Sinkin elektrokimyəvi ekvivalentini təyin edin.
Göydaş məhlulunun elektrolizi zamanı 50 dəq müddətində katodda 1,98 q mis ayrıldı.
Elektroliz hansı cərəyan şiddətində baş vermişdir (kmis = 0,33 · 10-6kq Kl)?
Şəkildə gümüş-nitrat məhlulunun elektrolizində istifadə olunan sxem təsvir edilmişdir.
Təsvirdəki verilənlərə əsasən katod üzərində 2,52 q gümüşün hansı müddətə
ayrıldığını təyin edin (bax: cədvəl 1.1).
Gümüş-nitrat məhlulundan 1 Kl elektrik yükü keçdikdə katod üzərində 1,11 mq gümüş
ayrıldı. Məhluldan 1500 Kl elektrik yükü keçdikdə katod üzərində nə qədər
gümüş ayrılar?