• | Mexanikada məsafə, kütlə və enerji BSdə hansı vahidlə ifadə olunur? |
• | Atom-nüvə hadisələrində əsas fiziki kəmiyyətlər, məsələn, məsafə, kütlə və enerjini hansı vahidlərlə ifadə etmək əlverişlidir? |
Atom-nüvə hadisələrində uzunluq. Atom-nüvə hadisələrində çox kiçik məsafələrdən söhbət getdiyindən uzunluq vahidi olaraq femtometr və ya fermi (müasir fizikanın inkişafında mühüm xidmətləri olan ABŞ fiziki Enriko Ferminin şərəfinə) vahidindən istifadə edilir:
1fm = 10 -15m.
Atom-nüvə hadisələrində enerji. 1905-ci ildə Amerika alimi Albert Eynşteyn müəyyən etdi ki, zərrəciklər sisteminin kütləsi onun enerjisi (daxili enerjisi) ilə mütənasibdir:
E = mc2.
Burada m - zərrəciklər sisteminin kütləsi, E - sistemin enerjisi, c - işığın vakuumdakı sürətidir. Düsturdan görünür ki, əgər sistemin daxili enerjisi ΔE qədər dəyişərsə, sistemin kütləsi də Δm qədər dəyişər:
Δm = ΔE ΔE
c2 → ΔE = Δmc2.
Atom-nüvə hadisələrində enerji vahidi kimi isə elektron-volt (eV), kiloelektronvolt (keV) və meqaelektron-volt (MeV) vahidlərindən istifadə edilir.
• Elektron-volt – elektronun gərginliyi 1V olan iki nöqtə arasında sürətləndiyi zaman aldığı kinetik enerjiyə bərabərdir:
1eV = eU = 1,6022 · 10 -19 Kl · 1V = 1,6022 · 10 -19 C,
1 keV = 10 3 eV = 1,6022 · 10-16C,
1 MeV = 10 6 eV = 1,6022 · 10-13C.