Araşdırma
1
“Nüvənin” kütləsini təyin edək.
Təchizat: atom modeli konstruksiyasından
kürəciklər (8 ədəd qırmızı, 10 ədəd ağ
rəngdə), tərəzi, çəki daşları, sellofan torba.
İşin gedişi:
- İş vərəqinə 4.2 cədvəlini köçürün.
Cədvəl 4.2.
- Qırmızı rəngli kürəcikləri tərəzidə çəkib nəticəni cədvəldə qeyd edin – bu, “neytronların”
kütləsi olacaq.
- Ağ rəngli kürəcikləri tərəzidə çəkib nəticəni cədvəldə qeyd edin – bu, “protonların”
kütləsi olacaq.
- Bütün kürəcikləri sellofan torbaya töküb kütlələrini ölçün və aldığınız ifadəni cədvəldə
qeyd edin – bu isə “nüvənin” kütləsi olacaqdır.
Nəticəni müzakirə edin:
- “Nüvənin” kütləsi ilə onu təşkil edən “proton” və “neytronların” kütlələri cəmi arasında
hansı münasibət aşkar etdiniz?
- Ola bilərmi ki, nüvənin kütləsi onu təşkil edən proton və neytronların kütlələri cəmindən
kiçik olsun? Nə üçün?