Nüvə reaksiyası radioaktiv çevrilmədən nə ilə fərqlənir?
Elementar zərrəciklərin sürətləndiricisindən hansı məqsədlər üçün istifadə olunur?
Nə üçün neytronlar enerjilərindən asılı olmayaraq nüvə reaksiyası yarada bilir, lakin α və β-
zərrəciklər, protonlar yalnız böyük kinetik enerjiyə malik olduqda nüvə reaksiyası yaradır?
Nüvə reaksiyalarında hansı qanunlar ödənməlidir?
Çalışma
4.5
1. Atom kütləsi 55,9355 a.k.v. olan dəmir 2656Fe izotopunun xüsusi rabitə enerjisini təyin edin.
2. Mendeleyev cədvəlindən istifadə edərək Tritiumun kütlə defektini, rabitə enerjisini və xüsusi rabitə enerjisini təyin edin.
3. Verilən nüvə reaksiyalarını tamamlayın: