Praktik iş
Elektroliz hadisəsinin araşdırılması.
Təchizat: sabit cərəyan mənbəyi, elektrolitik
vanna, mis-sulfatın (
CuSO4) suda
məhlulu, elektrodlar, saniyəölçən, ampermetr,
reostat, açar, tərəzi, çəki daşları,
kağız salfet, birləşdirici naqillər (
a).
Diqqət!
- unutmayın ki, kütləsini təyin etdiyiniz
elektrod katoddur və o, cərəyan mənbəyinin
mənfi qütbünə birləşdirilir;
- təcrübə zamanı dövrədəki cərəyan şiddəti
reostat vasitəsilə sabit saxlanılır;
- cədvəl 1.2-ni iş vərəqinə köçürün və
ölçmələrin nəticələrini orada qeyd edin.
İşin gedişi:
- Tərəzidə katodun m1 kütləsini təyin edin.
- Şəkildə təsvir edilən sxemi iş vərəqinə çəkin
və bu sxemə əsasən elektrik dövrəsini
yığın (b).
- Elektrodları məhlul olan vannaya daxil edin,
açarı qapayın və eyni anda saniyəölçəni
işə salın. Dövrədə cərəyan şiddətini 2 A-də
saxlayın.
- 8 dəq sonra dövrəni açın, katodu salfetlə
qurulayın və onun tərəzi vasitəsilə m2 kütləsini
təyin edin.
- Təcrübəni daha iki dəfə təkrarlayın: hər 8 dəq-dən bir kütləsini təyin etdiyiniz katodu
dövrənin mənfi qütbünə birləşdirin.
- 8 dəqiqə, 16 dəqiqə və 24 dəqiqə zaman
fasilələrində katodda ayrılan misin kütləsini
m = m2 – m1 ifadəsinə əsasən hesablayın.
- q = It düsturuna əsasən uyğun zaman fasilələrində
elektrolitdən keçən yükün miqdarını
hesablayın.
Cədvəl 1.2.
Təc.
sayı |
Katodun
kütləsi |
Katod üzərində
ayrılan misin kütləsi |
Zaman |
Cərəyan
şiddəti |
Elektrik
yükü |
m1,
(kq) |
m2,
(kq) |
m1,
(kq) |
t ,
(dəq) |
t ,
(san) |
I , (A) |
q, (Kl) |
1 |
|
|
|
8 |
|
|
|
2 |
|
|
16 |
|
|
3 |
|
|
24 |
|
|
Nəticəni müzakirə edi
- Elektrod üzərində ayrılan misin kütləsi elektrolitdən keçən yükün miqdarından necə asılıdır?
Asılılığı qrafik təsvir edin.