• | Bu şəhərlərə atılan cəmi iki atom bombasının partlayışı nəticəsində ümumilikdə nə qədər insan məhv edilmişdir? |
• | İnsanları yandırıb külə döndərən, binaları dağıdıb şəhəri məzarlığa çevirən belə “fövqəladə güc” 4t kütləyə malik atom bombasında nədən yaranmışdır? |
Zəncirvarı nüvə reaksiyası. Uran nüvəsinin bölünmə reaksiyası zamanı yaranan yeni “nəsil” neytronların qarşısına başqa uran nüvələri çıxdıqda onların da bölünmə reaksiyaları baş verir.