1.4
Sərbəst elektronların metalda nizamlı
hərəkət sürətləri ≈ 0,5
mm
san, vakuumda san
isə ≈ 10
4 km
san-dir. Deməli, vakuumda
sərbəst elektronlar olarsa, o elektrik
cərəyanını keçirən mühit ola bilər.
Araşdırma
1
Vakuum dielektrikdir, yoxsa keçirici?
Təchizat: sabit cərəyan mənbəyi, elektrometr, şüşə çubuq, ikielektrodlu nümayiş vakuum
lampası, birləşdirici naqillər.
İkielektrodlu nümayiş vakuum lampasının
quruluşu: o, qapalı vakuum şüşə balonundan
(1) ibarətdir. Lampa
elektrod adlanan iki naqillə
–
katod (2) və
anodla (3) təchiz edilmişdir.
Katod ya spiral tel olub birbaşa qızdırılır,
yaxud əlavə qızdırıcı tellə altdan qızdırılır.
Lampanın spiralı iki sıxacla (4) cərəyan mənbəyinə qoşulur
(
a).
- Elektrometrin metal çubuğunu vakuum lampasının
elektrodlarından birinə, gövdəsini
isə digər elektroda birləşdirin (b).
- Elektrometri yükləyin və onun boşalıb-boşalmadığını
müşahidə edin.
- Vakuum lampasının sıxaclarını cərəyan mənbəyinə
birləşdirin və lampadakı telin qızması
ilə baş verən hadisəni müşahidə edin.
Nəticəni müzakirə edin:
- Hansı səbəbdən yüklənmiş elektrometri vakuum
lampasına birləşdirdikdə o boşalmadı?
- Lampanın teli qızdırıldıqda nə baş verdi? Nə
üçün?
Termoelektron emissiya. Metallarda xaotik hərəkətdə olan sərbəst elektronların
bəziləri onu tərk edir – maye molekulları kimi buxarlanır.
Elektronların metalın səthindən buxarlanması elektron emissiyası (emissiya latın
sözü olub, “tərketmə, şüalanma” mənasını verir) adlanır. Buxarlanan elektronlar
metal ətrafında toplanaraq elektron buludu əmələ gətirir.
Emissiyanın sadə və mühüm növlərindən biri termoelektron emissiyasıdır.
Elektronların yüksək temperatura qədər qızdırılan metalı tərk etməsi hadisəsi
termoelektron emissiyası adlanır.