Alternativ enerji mənbələrinə dair kompüter təqdimatı hazırlayın. Təqdimat hazırlayarkən verilən materialdan və plandan istifadə edə bilərsiniz.
TÜKƏNƏN VƏ TÜKƏNMƏYƏN ENERJİ MƏNBƏLƏRİ
Bəşəriyyət mövcud olandan indiyə kimi insanlar enerji ehtiyaclarını ödəmək üçün müxtəlif mənbələrdən istifadə ediblər. Enerji mənbələri iki növ olur: tükənən və tükənməyən.
TÜKƏNƏN ENERJİ MƏNBƏLƏRİ
• Qaz – ucuz yanacaq növüdür. Yanar qazların sənaye və
məişətdə istehlakına hələ ötən yüzilliklərdə başlanılmışdır.
İnsanlar erkən sivilizasiya çağlarından Yerin təkindən qazın
çıxmasının şahidi olmuşlar. Eramızdan bir neçə yüz il öncə
Abşeron yarımadasında, Xəzər dənizinin şimal-qərb sahillərində
təsadüf olunan “əbədi atəşlər”, “yanar sular”
dənizə
şölə saçmış, üzən gəmilərin təbii mayakına çevrilmişdir.
• Daş kömür – təbii yanacaq növüdür, qara, boz və parlaqdır. Ondan yaşayış, iş və təhsil yerlərinin qızdırılmasında, istilik elektrik stansiyalarında geniş istifadə olunur.
• Neft – Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. O, istilik elektrik stansiyaları və nəqliyyat vasitələri üçün əvəzolunmaz xammaldır. Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedir. Ərəb səyyahları VIII əsrdə Bakının neftli torpağı, Abşeronun “ağ” və “qara” nefti haqqında məlumat vermişlər. İtalyan səyyahı Marko Polo (XIII–XIV əsrlər) Bakı neftinin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir.
• Nüvə yanacağı – AES-də əsas yanacaq kimi istifadə edilən uran yataqlarının zəngin olması istehsal olunan enerjinin ucuz başa gəlməsini təmin edir. Dünyada ən böyük uran istehsalçıları Qazaxıstan, Avstraliya və Kanadadır.
TÜKƏNMƏYƏN ENERJİ MƏNBƏLƏRİ
• Günəş enerjisi – Yer səthinə düşən Günəş enerjisinin miqdarı Yerdə olan neft, qaz, kömür və digər yanacaqlardan dəfələrlə çoxdur. Günəş enerjisindən istifadənin ən səmərəli texnologiyası günəş batareyalarıdır. Ölkəmizdə günəşli saatların miqdarı il ərzində 2400–3200 saat, 1 kvadratmetr Yer səthinə düşən Günəş enerjisinin miqdarı 1500–2000 kVt-saatdır.