Akkomodasiya 1 amper Amper qüvvəsi Amper qüvvəsi üçün sol əl qaydası Atomun nüvəsi Çökük sferik güzgü Çökük linza Dielektrik Diamaqnitlər Elektrolitlər Elektrolitik dissosiasiya Elektroliz Elektrik mühərriki |
A – göz büllurunun optik qüvvəsinin dəyişməsidir.– elə sabit cərəyan şiddətidir ki, bu cərəyan vakuumda yerləşən və aralarındakı məsafə1 m olan sonsuz uzun, çox nazik iki paralel düz naqildən keçdikdə bu naqillərdən birinin digərinin 1 m uzunluğundakı hissəsinə göstərdiyi təsir qüvvəsinin modulu 2 · 10-7 N olsun. – cərəyanlı naqil bircins maqnit sahəsində yerləşərsə, ona təsir edən qüvvədir. Amper qüvvəsinin modulu cərəyan şiddəti, maqnit induksiyasının modulu, naqilin uzunluğu və cərəyanın istiqaməti ilə maqnit induksiya vektoru arasındakı bucağın sinusu hasilinə bərabərdir: F = IBlsinα. – sol əli maqnit sahəsində elə yerləşdirmək lazımdır ki, maqnit induksiya xətləri ovuca daxil olsun və uzadılmış dörd barmaq cərəyanın istiqamətində yönəlsin. Bu zaman 90° bucaq qədər açılan baş barmaq cərəyanlı naqilə təsir edən qüvvənin istiqamətini göstərir.– proton və neytronlardan ibarət dayanıqlı əlaqəli sistemdir. Nüvədəki proton və neytronlar birlikdə nuklonlar adlanır. Ç – işıq şüalarını sferik seqmentin daxili səthindən qaytaran güzgüyə deyilir.– ortası kənarlarına nisbətən nazik olan linzalara deyilir. Belə linzalar iki tərəfi çökük, çökük-müstəvi, çökük-qabarıq səthlərlə hüdudlana bilir. D – sərbəst yükdaşıyıcıları olmayan, yalnız bağlı yüklərdən ibarət maddədir.– maqnit nüfuzluğu vahiddən kiçik olan maddələrdir (μ < 1). Diamaqnitlər (Cu, Ag, Au və bütün təsirsiz qazlar) sabit maqnit tərəfindən itələnir. E – məhlulları (və ya ərintiləri) elektrik cərəyanını keçirən maddələrə (duz, turşu və qələvi) deyilir.– suda neytral molekulların parçalanması zamanı müsbət və mənfi ionların yaranması prosesidir. – elektrolitdən cərəyan keçərkən elektrodlar üzərində maddə ayrılması prosesidir. – elektrik enerjisini mexaniki enerjiyə çevirən qurğudur |