Şəkildə vakuum diodunun elektrik dövrəsinə
qoşulma sxemi təsvir edilmişdir. Hansı halda anod
dövrəsində cərəyan olar:1 batareyasının qütblərinin
yeri dəyişdirilərsə, yoxsa 2 batareyasında qütblərin
yeri dəyişdirilərsə?
Şüşəsi sınmış vakuum diodu kosmosda işləyərmi? Nə üçün?
Elektron-şüa borusunun ekranında müxtəlif təsvirləri elektron seli yaradır.
Elektron seli hansı hadisə nəticəsində yaranır?
A) Elektroliz hadisəsi nəticəsində katodun səthindən qopmaqla
B) Termoelektron emissiyası nəticəsində katodun səthindən qopmaqla
C) Termoelektron emissiyası nəticəsində anodun səthindən qopmaqla
D) Katodla anod arasındakı elektrik sahəsinin təsiri ilə katodun səthindən qopmaqla
E) Elektron zərbəsi ilə katodun səthindən qoparılmaqla
İki eyni diodun qoşulduğu dövrələrdəki ampermetrlərin göstəriciləri arasında hansı
münasibət var? (dövrədə u=const-dir)