Müəyyən şəraitdə xarici ionlaşdırıcının təsiri olmadan da qazlar elektrik cərəyanını keçirə bilir.
• Xarici təsir olmadan qazın elektrik cərəyanını keçirməsi müstəqil qaz boşalması adlanır.
Bu necə baş verir? Normal şəraitdə qaz dielektrikdir, lakin bu şəraitdə də qazda çox cüzi sayda sərbəst elektronlar mövcuddur.
Güclü elektrik sahəsinin təsiri ilə hər bir sərbəst elektron çox böyük sürət alaraq qarşılarına çıxan neytral atom və ya molekullarla toqquşduqda onların bir qismini ionlaşdırır.