• | Maqnit nədir, ondan daha haralarda istifadə olunduğunu müşahidə etmisiniz? |
• | Maqnit hansı cisimləri özünə cəzb edir, hansıları cəzb etmir? |
• | Maqnit necə əldə edilir, o hansı xassələrə malikdir? |
Qədim yunanlar dəmir cisimləri özünə cəzb edən xüsusi bir mineralın mövcud olduğunu bilirdilər. Maqnit kimi tanıdığımız həmin minerallar e.ə. 600-cü illərdə Türkiyənin şimalında yerləşən Maqneziya şəhəri yaxınlığındakı dəmir mədənlərindən çıxarılırdı (“maqnit” sözü yunanca “Maqneziyadan olan daş” deməkdir). Sonralar insanlar maqnit hadisələrini maqnetizm, maqnit mineralları isə təbii maqnitlər adlandırdılar. Onlar məişət ehtiyaclarını ödəmək üçün müxtəlif formalı süni, sabit maqnitlər hazırlamağı öyrəndilər.
• Maqnit xassəsini uzun müddət özündə saxlayan maddələr sabit maqnitlər və ya, sadəcə, maqnitlər adlanır.
Fizika laboratoriyasında ən çox düz, nalşəkilli və halqaşəkilli sabit maqnitlərdən istifadə olunur (a).