2.6
Araşdırma
1
Dairəvi cərəyanın maqnit spektri.
Təchizat: “Maqnit sahəsi” laboratoriya dəsti, sabit
cərəyan mənbəyi, qalvanometr, reostat, açar, dəmir
tozu, birləşdirici naqillər.
İşin gedişi:
- Ardıcıl sabit elektrik dövrəsi yığın (bax: səh. 60) və
dairəvi naqilin sıxaclarını bu dövrənin açıq uclarına
birləşdirin.
- Dairəvi naqil müstəvisinin mərkəzindən keçməklə ona perpendikulyar bərkidilmiş lövhənin
səthinə dəmir tozu səpələyib dövrəni qapayın. Lövhəni qələmlə astaca döyəcləyin
və dairəvi cərəyanın maqnit spektrinin mənzərəsini araşdırın (a).
- Dairəvi cərəyanın istiqamətini dəyişib baş verən hadisəni izləyin.
Nəticəni müzakirə edin:
• Dairəvi cərəyanın maqnit spektri hansı formaya malikdir?
• Dairəvi cərəyanın istiqamətini dəyişdikdə nə müşahidə etdiniz?
• Dairəvi cərəyanın maqnit sahəsinin induksiya xətlərinin istiqamətini necə təyin etmək
olar?
Dairəvi cərəyanın maqnit sahəsi. Dairəvi cərəyanın maqnit spektrinin mənzərəsi
sabit maqnit diskinin induksiya xətlərinə oxşardır (b).
Dairəvi cərəyanın maqnit induksiyasının istiqamətini cərəyanın istiqaməti müəyyən
edir və onu maqnit əqrəbi vasitəsilə asanlıqla təyin etmək olur. Maqnit əqrəbi
olmadıqda isə bu məqsədlə sağ əl, yaxud sağ yivli burğu qaydasından istifadə etmək
əlverişlidir.