2.8
Şəkil müstəvisində cərəyanlı naqilin müəyyən
hissəsi və onun maqnit induksiya xətlərinin
istiqaməti təsvir edilmişdir.
Araşdırma
1
Cərəyanlı naqillər arasında maqnit qarşılıqlı təsiri.
Təchizat: iki naqil (alüminium folqadan kəsilmiş), sabit cərəyan mənbəyi, reostat, lampa,
ampermetr, açar, dielektrik ştativ (2 ədəd), birləşdirici naqillər.
İşin gedişi:
- Cərəyan mənbəyi, reostat, ampermetr, lampa və açardan ibarət ardıcıl dövrə yığın.
Lampanın 1 və cərəyan mənbəyinin 2 sıxaclarını açıq saxlayın (a).
- Folqadan kəsilən naqilləri dielektrik ştativin sıxaclarına paralel birləşdirin və bu sıxaclara
birləşdirici naqilləri şəkildəki kimi bağlayın (b).
- Naqillərin açıq uclarını dövrənin 1 və 2 sıxaclarına birləşdirib dövrəni qapayın. Bu zaman
cərəyanlı paralel naqillər arasında yaranan qarşılıqlı təsirin xarakterini müəyyənləşdirin.
- Dövrədəki cərəyan şiddətini və paralel naqillər arasındakı məsafəni artırıb-azaltmaqla
naqillər arasındakı qarşılıqlı təsirin necə dəyişdiyini araşdırın.
- Dövrəni açın və paralel naqilləri elə birləşdirin ki, onlardan eyni istiqamətdə cərəyan
keçsin (c). Dövrəni qapayın və cərəyanlı paralel naqillər arasında yaranan qarşılıqlı
təsirin xarakterini müəyyənləşdirin.
Nəticəni müzakirə edin:
- Nə üçün paralel naqillərdəki cərəyanlar əks istiqamətli olduqda bu naqillər bir-birindən
itələndi, eyni istiqamətli olduqda isə cəzb olundu?
- Cərəyanlı paralel naqillər arasındakı qarşılıqlı təsir cərəyan şiddətindən və bu naqillər
arasındakı məsafədən necə asılıdır?
1820-ci ildə A.Amper cərəyanlı paralel naqillər üzərində apardığı çoxsaylı təcrübələrdən
müəyyənləşdirir ki, sabit maqnitlərdə olduğu kimi, bu naqillər arasında
da maqnit qarşılıqlı təsirləri mövcuddur: