Araşdırma
1
Maqnit sahəsinin cərəyanlı çərçivəyə təsiri.
Təchizat: sabit cərəyan mənbəyi (düzləndirici), düz maqnit (2 ədəd), bir neçə naqil
dolağından ibarət keçirici çərçivə, tircik (2 ədəd), açar, birləşdirici nazik naqillər, dielektrik
ştativ.
İşin gedişi:
- Çərçivədəki naqilin uclarını birləşdirici naqillərlə cərəyan mənbəyinə qoşun və onu sabit
maqnitlərin qütbləri arasında şaquli yerləşdirin (a).
- Açarı qapayın, cərəyanlı çərçivənin maqnit sahəsində necə hərəkət etdiyini izləyin (b).
- Çərçivədəki cərəyanın istiqamətini dəyişib təcrübəni təkrarlayın.
Nəticəni müzakirə edin:
● Maqnit sahəsində yerləşən çərçivədə cərəyan olmadıqda nə müşahidə etdiniz?
● Maqnit sahəsində yerləşən çərçivədən cərəyan keçdikdə nə müşahidə etdiniz? Nə üçün?
● Çərçivədəki cərəyanın istiqamətini dəyişdikdə nə baş verdi? Nə üçün?