1916-cı ildə amerika alimləri Riçard Tolman və Tomas Stüart maraqlı təcrübə aparırlar. Çoxlu sayda mis dolaqdan ibarət sarğacın ucları sürüşkən kontaktlar vasitəsi ilə
qalvonometrə birləşdirilir. Böyük sürətlə fırladılan sarğac qəfil dayandırıldıqda qalvanometr əqrəbi meyil etməklə sarğac dövrəsində elektrik cərəyanı yarandığını göstərdi.
• Alimlər bu
təcrübədən hansı
nəticəyə gəldilər?
“Metalların elektrik keçiriciliyi sərbəst elektronların nizamlı hərəkətindən ibarətdir” fərziyyəsini ilk dəfə alman fiziki Karl Rikke irəli sürmüşdür. O bu fərziyyənin doğruluğunu 1901-ci ildə apardığı klassik eksperimentlə təsdiq etmişdir.
• | Araşdırmadan hansı nəticəyə gəlmək olar: metal naqillərdə elektrik cərəyanı hansı yükdaşıyıcıların hərəkətindən ibarətdir? Niyə? |