Elektron, induksiyası B = 10 mTl olan maqnit sahəsinə induksiya xətlərinə perpendikulyar
istiqamətdə v = 4 · 103m/san sürəti ilə daxil olur. Ona təsir edən Lorens
qüvvəsinin modulunu hesablayın (e = 1,6 · 10-19Kl).
Şəkildə cərəyanlı düz naqilin maqnit sahəsinə daxil olan zərrəciklər təsvir edilmişdir.
Bu zərrəciklərə təsir edən Lorens qüvvəsinin istiqamətini təyin edin.
Şəkildə elektron və protonun maqnit sahəsində hərəkət trayektoriyası təsvir olunmuşdur.
Hansı trayektoriya protona, hansı elektrona məxsusdur?
Bircins maqnit sahəsinə daxil olan yüksüz 1 və mənfi yüklü 2 zərrəciyi hansı trayektoriya
üzrə yoluna davam edər?
Elektron, induksiyası B = 1,6 mTl olan maqnit sahəsinə induksiya xətlərinə 30°-lik
bucaq altında v = 5,6 · 103m/san sürəti ilə daxil olur. Ona təsir edən Lorens qüvvəsinin
modulunu hesablayın (e = 1,6 · 10 -19Kl).