Praktik iş
2
Elektromaqnit induksiya hadisəsinin öyrənilməsi.
Təchizat: qalvanometr, bir neçə dolaqdan ibarət qapalı kontur, maqnit (düz və ya nalşəkilli),
birləşdirici naqillər.
İşin gedişi:
- Konturu qalvanometrin sıxaclarına birləşdirin.
- Təcrübənin nəticələrini qeyd etmək üçün iş vərəqinə aşağıdakı cədvəli köçürün:
№ |
İnduksiya cərəyanının alınma üsulu |
Qalvanometr əqrəbinin meyli
(sağa, sola) |
1 |
Maqnitin şimal qütbünü kontura daxil etdikdə |
|
2 |
Maqnitin şimal qütbünü konturdan uzaqlaşdırdıqda |
|
3 |
Maqnitin cənub qütbünü kontura daxil etdikdə |
|
4 |
Maqnitin cənub qütbünü konturdan uzaqlaşdırdıqda |
|
5 |
Sarğacı maqnitə keçirdikdə |
|
6 |
Sarğacı maqnitdən çıxarıb uzaqlaşdırdıqda |
|
- Konturu masa üzərində şaquli yerləşdirin. Maqnitin şimal qütbünü kontura daxil edin və
çıxarın. Müşahidənin nəticələrini cədvələ yazın.
- Maqnitin cənub qütbünü kontura daxil edin və çıxarın. Müşahidənin nəticələrini cədvələ
yazın.
- Maqniti masa üzərində şaquli yerləşdirin. Konturu maqnitə daxil edib çıxarın. Müşahidənin
nəticələrini cədvələ yazın.