• | Cərəyanlı sarğaca növbə ilə polad, şüşə, quru taxta, plastmas, mis, alüminium içlik daxil etdikdə onun maqnit sahəsi necə dəyişər? |
• | Maqnit sahəsi cərəyanlı naqili əhatə edən mühitin xassəsindən asılıdırmı? Cavabınızı əsaslandırın. |
Araşdırmadan müəyyən etdiniz ki, cərəyanlı sarğacın maqnit sahəsinə gətirilmiş maddə (içlik) bu sahəni dəyişdirir: dəmir içlik maqnit sahəsini kəskin gücləndirir, mis və şüşə içliklər isə maqnit sahəsini zəiflədir.
• Maqnit sahəsini dəyişmək qabiliyyətinə malik olan bütün maddələr maqnetiklər adlanır.
Maqnetiklərin maqnit sahəsinin fərqli dəyişməsinin səbəbi nədir?
Cərəyanlı sarğacın daxilində içlik olmadıqda maqnit induksiya vektorunu -la işarə edək (havada maqnit induksiyasının modulu vakuumdakı moduluna bərabər götürülür). İçlik daxil etdikdə sarğacda induksiyası olan əlavə maqnit sahəsi yaranır. Beləliklə, içlikdə yaranan yekun maqnit induksiya vektoru: