• Veb-səhifə nədir və onu veb-saytdan nə fərqləndirir?
• Veb-səhifələri nümayiş etdirmək üçün proqramlar necə adlanır?
Fәaliyyәt
Hər hansı brauzer proqramını başladın.
informatika.edu.az saytını açın.
Ümumi menyusunun Layihə haqqında bəndinə daxil olub saytın məqsədi ilə tanış
olun.
Məsələlər menyusunun Ümumi siyahı bəndinə daxil olun. Bir neçə məsələnin şərti
ilə tanış olun. Sonra Statistika bəndinə daxil olun. Diaqramlarla yaxından tanış
olun.
İstifadəçilər menyusunun Reytinq bəndinə daxil olun. Birinci yerdəki istifadəçinin
adını çıqqıldadın və açılan səhifədə onun nəticələri ilə tanış olun.
Nәticәni müzakirә edәk:
-
Saytın istifadəçiləri arasında hansı proqramlaşdırma dili daha populyardır?
İstifadəçilərin neçə faizi proqramlarını Python dilində yazırlar?
-
Sadə məsələ - tam ədədlər - A50 məsələsini neçə nəfər düzgün həll edib?