Ötən dərsdə veb-saytlar yaratmaq üçün müxtəlif üsulların olduğunu öyrəndiniz. Belə üsullardan biri də İnternetdə müəyyən saytların təklif etdiyi xidmətdən yararlanmaqdır. Bu saytlar HTML dilini bilməyən, sayt yaratmaq sahəsində səriştəsi olmayan istifadəçilərə heç bir ödəniş etmədən qısa zamanda öz saytlarını hazırlamağa imkan verir.
İndi belə saytların birində hazır şablonlar əsasında informasiya cəmiyyəti mövzusunda bir saytın necə hazırlandığıını öyrənəcəksiniz. Bunun üçün öncə “Fəaliyyət” bölümündən sonra informasiya cəmiyyətinə aid verilmiş materialla tanış olun və yaradacağınız saytın strukturunu müəyyən edin.