Açılan səhifənin Search IP address or hostname sahəsində informatika.edu.az
yazıb <Enter> klavişini basın. informatika.edu.az saytının olduğu serverin harada
yerləşməsi haqqında informasiya və yerləşmə xəritəsi açılacaq.
Nәticәni müzakirә edәk:
- “Internet Service Provider” sözlərinin qısaltması olan ISP nəyi bildirir?
- informatika.edu.az saytının serveri harada yerləşir?
Şəbəkədəki bütün kompüterlərin bənzərsiz nömrəsi – IP-ünvanı ("ay-pi ünvanı"
kimi tələffüz olunur) olur. Hər bir ünvan 32-bitli ikilik ədəddir.