ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR
İnformasiyanın qəbulu və ötürülməsi üsullarını sadalayın.
"Tay-tuşlar" şəbəkəsinin iş prinsipini izah edin.
Yaşadığınız bölgədə (şəhərdə) çalışan provayder şirkətlərinin adlarını öyrənin.
Hansı hallarda obyektin informasiya modeli qraf formasında təqdim olunur?
Verilmiş mövzuların biri üçün sayt strukturu fikirləşin və onu qraf formasında təsvir edin.
a) "Mənim məktəbim"
b) "Mənim ailəm"
c) "Mənim vətənim"
IP-ünvan nə üçün lazımdır?
".gov" domeni hansı qurumlara verilir?
Göstərilmiş domen adlarını təhlil edin.
a) bakimektebleri.edu.az
b) az.wikipedia.org