Nәticәni müzakirә edәk:
- | Hansı cədvələ uyğun görüntü daha “dəqiq” alındı? Sizcə niyə? İkinci görüntünü daha da “dəqiq” vermək üçün nə etmək lazımdır? |
- | 0 və 1-lərdən ibarət cədvəlləri uyğun görüntülərin kodu hesab etmək olarmı? |
Təqdimolunma formasından (rastr və ya vektor) asılı olmayaraq, qrafik informasiya kompüterin ekranında rastr formatında kodlaşdırılır. Bu zaman hər bir görüntü rəngli nöqtələrdən – piksellərdən təşkil edilmiş düzbucaqlı cədvəldən ibarət olur. Hər bir nöqtənin rəngi və parlaqlığı ədədlə ifadə olunur ki, bu da qrafik informasiyanı təqdim etmək üçün ikilik koddan istifadə etməyə imkan verir.
Görüntünün bir pikselinin rəngini kodlaşdırmaq üçün istifadə olunan bitlərin miqdarına rәng dәrinliyi deyilir. Bildiyiniz kimi, 1 bitlə 2 rəngi (21), 2 bitlə 4 rəngi (22), 4 bitlə 16 rəngi (24), 8 bitlə 256 rəngi (28) kodlaşdırmaq mümkündür.