Qurğu | Funksiyası, iş prinsipi |
Mikrofon | |
Səsucaldanlar | |
Səs kartı |
Kompüterlər, eləcə də müasir elektron qurğuların əksəriyyəti (foto və videokameralar, mobil telefonlar və s.) rәqәmsal qurğulardır. Çünki kompüterdə saxlanılan və emal olunan hər şey ədədlərdir (rəqəmlərdir).
Kəsilməz dəyişilən fiziki kəmiyyətlər haqqında danışarkən analoq terminindən istifadə olunur. Məsələn, danışıq zamanı ağızın yaratdığı səs dalğaları analoq təbiətlidir. Bu dalğaları mikrofon elektrik siqnalına çevirə bilər. Bu elektrik siqnalı da analoqdur.
Kompüter rəqəmsal qurğu olduğundan onun analoq qurğularla işləyə bilməsi üçün bir çeviricinin olması vacibdir. Belə çevirici kompüterin sәs kartında yerləşdirilmişdir. Səs kartı mikrofondan daxil olan elektrik siqnallarını (analoq siqnalları) rəqəmsal şəklə çevirmək üçün analoq-rәqәm çeviricisindәn (analog-todigital converter, ADC) istifadə edir.