Vektor qrafikasının hansı üstün və çatışmayan cəhətləri var?
Qrafik informasiyanın həcmi hansı düsturla hesablanır?
Qrafik görüntü üçün "rəng dərinliyi" nə deməkdir?
Uyğunluğu müəyyən edin.
a) Rastr qrafik redaktoru
b) Vektor qrafik redaktoru
c) Rastr formatı
d) Vektor formatı
1) .bmp
2) .odg
3) PaintNET
4) OpenOffice Draw
Rastr redaktorunda şəklin hazırlanmasında 1025 müxtəlif rəngdən istifadə
olunmuşdur. Rəngləri kodlaşdırmaq üçün ən azı neçə bit lazımdır?
Rastr ağ-qara görüntünün ölçüsü 640 x 320 piksel təşkil edir. Faylın
informasiya həcmi nə qədərdir?
Kompüterin yaddaşında hansı fayl daha çox yer tutar: Unicode
kodlaşdırmasında verilmiş 2056 simvoldan ibarət mətn, yoxsa 10 x 10
piksel ölçüsündə olan 4-rəngli rastr görüntü?
Kompüterdə səs kartının funksiyası nədən ibarətdir?
Müasir mobil telefonlarda hansı səs faylı formatlarına rast gəlmisiniz?