Sistem proqram təminatının mühüm hissəsini xidmәti proqramlar, yaxud utilitlәr təşkil edir. Onlar kompüterə xidmət göstərilməsi, qurğuların və proqramların yoxlanması və köklənməsi, texniki əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulub. Bu proqramlar, adətən, istifadəçi tərəfindən idarə olunur.
Xidməti proqramların funksiyaları əməliyyat sisteminin imkanları ilə sıx bağlıdır, ona görə də xidməti proqramların bir çoxu onun tərkibinə daxildir. Ancaq müstəqil xidməti proqramlar da vardır.
Əməliyyat sistemi də daxil olmaqla kompüterdə işləyən bütün proqramlar, eləcə də onların yerinə yetirilməsindən sonra alınan verilənlər sərt diskdə saxlanılır. Buna görə də sərt disk xüsusi diqqətə layiqdir. Sərt diskə vaxtlı-vaxtında qulluq göstərilməsi kompüterin ümumi məhsuldarlığına müsbət təsir edir, ona diqqət yetirilməməsi isə kompüterin sürətini aşağı salır.
Diskdə verilənlərin saxlandığı sahənin bir hissəsinə sektor, yaxud kәsim deyilir. Diskin üst və alt üzləri var, onların hər birində dairəvi cığırlar və sektorlar var. Hər bir cığır formatlama zamanı müəyyən ölçülü (adətən, 512 bayt) sektorlara bölünür.
Sözlük
• Xidməti proqramlar