Kompüterin əsas xarakteristikalarını sadalayın. Kompüterinizin
parametrlərini necə öyrənə bilərsiniz?
Windows əməliyyat sistemində idarəetmə panelinin hansı rolu var?
İdarəetmə paneli olmayan kompüter ola bilərmi? Cavabınızı izah edin.
Diskdə müəyyən həcmə malik ən kiçik yaddaş bloku necə adlanır?
Sərt diskə həcmləri 305 Kb, 604 Kb və 2340 Kb olan üç fayl yazılıb. Hansı
faylların ölçüsü ilə diskdə tutduğu yer eyni olacaq?
Task Manager proqramı nə üçündür?
Task Manager və Disk Cleanup proqramları proqram təminatının hansı növünə aiddir?
Evinizdə kompüter varsa, onun disklərindən birinin fraqmentləmə təhlilini aparın. Diskin tam həcmini,
boş sahənin həcmini və boş yerin faizini, klasterin ölçüsünü müəyyən edin.
Hansı mülahizələr yalandır?
a) Prosessorun takt tezliyi herslə ölçülür.
b) Keş-yaddaş kompüterin sərt diskində yerləşir.
c) Operativ yaddaşın həcmi sərt diskin yaddaşından çoxdur.
d) Xidməti proqramlar kompüterin sistem proqramlarına aiddir.
e) Task Manager proqramı vasitəsilə proqramın işini dayandırmaq olar.
f) ScanDisk proqramı kompüteri lazımsız fayllardan təmizləyir.
İki kompüterin parametrlərini müqayisə edin. Hansı kompüterin
parametrləri daha yaxşıdır? Cavabınızı izah edin. Notebook X1/1920×1080/Intel® Core™ i7/2.5 GHz /RAM 16Gb/ HDD 256
Gb/Veb-kamera 1.3 Мpiksel/Windows 8.1 (64-bit)/25.4×38.1×3.3 sm/2.7 kq
Notebook X2/1366×768/Intel® Celeron®/2.16 GHz/ RAM 4Gb/HDD
1500Gb/Veb-kamera 0.3 Mpiksel/Windows 8.1 (64-bit)/38.1×25.9×2.54
sm/2.6 kq