Siz elektron təqdimatlar yaratmağı, slaydlara mətn, qrafika, şəkillər, səs və video faylları, cədvəllər, diaqramlar və başqa obyektlər yerləşdirməyi, slaydlardakı obyektlərə animasiya effektləri əlavə etməyi aşağı siniflərdə öyrənmisiniz. Bu işləri əsasən OpenOffice Impress təqdimat proqramında yerinə yetirmisiniz. İndi isə öyrəndiklərinizi geniş istifadə olunan başqa bir təqdimat proqramında – Microsoft Office paketinə daxil olan PowerPoint proqramında daha da möhkəmləndirəcəksiniz.