Elektron cədvəl proqramlarında (cədvəl prosessorlarında) müxtəlif tipli verilənlərlə – simvollarla (mətnlərlə), ədədlərlə, məntiqi və tarixi göstərən verilənlərlə işləmək imkanı vardır. Xana üzərində hansı əməliyyatların aparıla bilməsi həmin xanadakı verilənin tipindən asılı olur. Məsələn, xanada 43248 ədədi yazılmışsa və mətn formatı qoyulmuşsa, onda bu ədəd 4, 3, 2, 4, 8 simvollarının ardıcıllığı kimi qəbul ediləcək. Əgər ədəd formatı qoyulmuşsa, onda elektron cədvəl xanada yazılanı ədəd kimi qəbul edəcək. Xanaya tarix formatı təyin olunmuşsa, xanadakı ədəd 28 may 2018 tarixi kimi qəbul ediləcək (01.01.1900 tarixindən 28.05.2018 tarixinədək günlərin sayı 43248-ə bərabərdir).
- Date formatının neçə növü var?
- Xanaya hansı ədədi daxil etmək lazımdır ki, onun formatını faizə (Persentage)
çevirdikdə
45% göstərsin?