s1 = 'a'
s2 = 'l'
s3 = 'p'
print (s1 + s2 + s3)
print ("a", "l", "p")
- | Proqramda hansı növ kəmiyyətdən istifadə olunub? Hər iki print operatorunun nəticəsi eynidirmi? Fərqlidirsə, nə etmək lazımdır ki, onlar eyni olsun? |
Sözlük
• SətirPython dilində geniş istifadə olunan kəmiyyətlərdən biri də sətirlərdir. Sәtir hər hansı simvollar ardıcıllığıdır. Sətirlər, adətən, tək dırnaq (') işarələri arasında yazılır, ancaq bu məqsədlə adi dırnaq (") işarəsindən də istifadə olunur, məsələn: 'Bu bir örnəkdir.', "Maraqlanıb soruşmaq bilik əldə etməyin yarısıdır.". Sətir hərflərdən, ədədlərdən, başqa simvollardan, o cümlədən boşluq simvolundan ibarət ola bilər. Sətirləri dəyişənlərə mənimsətmək də olar, məsələn:
a = 'Azərbaycan ', b = 'Cümhuriyyəti'.
Ədədlərlə olduğu kimi, sətirlər üzərində də müəyyən əməliyyatlar aparılır. Məsələn, iki sətrin cəmi onların bir-birinə "yapışdırılmasından" əmələ gələn yeni sətir olur.
>>> c = a + b
>>> print (c)
Azəraycan Cümhuriyyəti
>>> c = a + 'Xalq' + b
>>> print (c)
Azəraycan Cümhuriyyəti
Sətirdə hər bir simvolun durduğu mövqedən asılı olaraq öz nömrəsi olur. Bu nömrədən həmin simvolun tapılması, yaxud sətirdən kəsilib ayrılması üçün istifadə etmək olar. Sətirdə simvolların nömrələnməsi Python dilində 0-dan başlanır.