s = 0
for i in range(1, 101):
s = s + i
print(s)
Nәticәni müzakirә edәk:Çoxlu sayda verilənləri bir yerdə saxlamaq üçün Python dilində siyahılardan geniş istifadə olunur. Siyahı nizamlı şəkildə saxlanılan obyektlər yığınıdır. Siyahını təşkil edən obyektlərə onun elementlәri deyilir. Siyahıda ədədlər, sətirlər, başqa siyahılar, yaxud bunların hamısını eyni zamanda saxlamaq olar. Siyahının hər bir elementinə bir nömrə (indeks) uyğundur ki, ona həmin nömrə vasitəsilə müraciət etmək olar.
Sözlük
• Siyahı
>>> lst = ['Bazar ertəsi', 'Çərşənbə axşamı',
'Çərşənbə', 'Cümə axşamı', 'Cümə', 'Şənbə', 'Bazar']
Python dilində siyahının elementləri sıfırdan başlayaraq nömrələnir. Yuxarıdakı nümunədə 'Bazar ertəsi' elementinin nömrəsi (indeksi) 0-a bərabərdir. lst siyahısının i indeksli elementinə müraciət etmək üçün, sadəcə, lst[i] göstərmək lazımdır.
>>> lst[2]
'Çərşənbə'