n = abs(int(input()))
a = (n // 100) % 10
b = (n // 10) % 10
c = n % 10
print(a, b, c)
Nәticәni müzakirә edәk:Proqramçılar bir neçə yüz sətir olan proqram kodundan “baş çıxara” bilirlər. Proqram sətirlərinin sayı artdıqca ümumi məntiqi tutmaq çox çətinləşir. Hər bir operatorun nə etdiyi aydın olsa da, belə proqramlarda hansısa operatorun konkret yerdə hansı məqsədlə istifadə edildiyini anlamaq çox çətin olur. Belə proqramı dəyişdirmək, yaxud düzəltmək də asan olmur.
Bu problemi həll etmək üçün proqram sadə əməliyyatları yerinə yetirən ayrıca altproqramlara bölünür. Beləliklə, yekun proqram ayrı-ayrı operatorlardan deyil, hər birinin öz adı olan bitkin kod bloklarından ibarət olur. Altproqramlardan istifadə olunması həm proqramın yazılması vaxtını qısaldır, həm proqram kodunun həcmini azaldır, həm də proqramın strukturunu daha anlaşıqlı edir. Eyni zamanda, bu yanaşma proqramın yazılışında səhvlərin sayının azalmasına təsir göstərir.
Altproqramları, adətən, iki kateqoriyaya bölürlər: prosedurlar və funksiyalar. Prosedur, sadəcə, hər hansı operatorlar ardıcıllığını yerinə yetirir.
Sözlük
• Altproqram