• | Hansı proqramlaşdırma dili hansı cəhətinə görə daha çox xoşunuza gəldi: ALPLogo, yoxsa Python? |
• | Özünüzdən bir neçə yaş kiçik şagirdə proqramlaşdırmanı öyrənməyə bu dillərdən hansından başlamağı məsləhət görərdiniz? |
BASIC
S = 0 FOR I = 1 TO 100 S = S + I NEXT I
Pascal
a := 5; b := 10; if a > b then write(a) else write(b);
Proqramlaşdırmanı yeni öyrənən hər kəs tez-gec belə bir sualın cavabını bilmək istəyir: ən yaxşı proqramlaşdırma dili hansıdır? Minlərlə proqramlaşdırma dili olsa da, bütün proqramçıların xoşuna gələn vahid dil yoxdur. Başqa sözlə, hər bir proqramlaşdırma dilinin öz tərəfdarları və əleyhdarları var.
Mühəndislərin, bankirlərin, hərbçilərin qarşısında müxtəlif məsələlər durur. Bu məsələlərin həlli üçün müxtəlif proqramlaşdırma dillərinə üstünlük verilir. FORTRAN dili riyazi məsələlərin həllində, COBOL (“kobol”) dili bank işlərində, PROLOG, yaxud LISP dili süni intellekt sahəsində daha geniş tətbiq olunub. İnternet üçün proqram yazan proqramçılar, adətən, JAVA dilinə üstünlük verirlər.
Bu sadaladığımız proqramlaşdırma dillərinin hamısı xüsusi dillәrdir. Bu dillərin hər birində elə deyimlər (operatorlar) var ki, onlar vasitəsilə xüsusi məsələləri daha asanlıqla həll etmək olur. Adətən, həmin dilləri iş yerində öyrənirlər, belə ki, onları “qabaqcadan” öyrənməyin mənası yoxdur.
Sözlük
• Xüsusi dillərXüsusi proqramlaşdırma dillərindən savayı ümumi tәyinatlı dillәr də mövcuddur. Onların köməyilə, demək olar ki, istənilən məsələni həll etmək mümkündür