// və % simvolları hansı riyazi əməlləri ifadə edir?
Proqram fraqmenti yerinə yetirildikdən sonra x və y tam tipli
dəyişənlərinin qiymətləri nə olacaq?
x = 823
y = 4
x = x // y
y = x % y
Verilmiş tam ədədin 4-ə bölünüb-bölünmədiyini müəyyən edən proqram
yazın.
"Fikirdən iti gedən şey yoxdur" atalar sözünü klaviaturadan qəbul edən və
aşağıdakıları çıxışa verən proqram yazın:
a) "iti" sözünü
b) bütün "ə" hərflərinin sayını
c) atalar sözünün bütün hərflərini baş hərflərlə
Siyahıdan verilmiş elementi silmək üçün hansı metoddan istifadə olunur?
Verilmiş cümlədəki sözləri əks ardıcıllıqla çıxışa verən proqram yazın.
Cümlədə ən qısa sözün uzunluğunu necə tapmaq olar? Alqoritmi söyləyin.
Bu proqram nə edir?
s = input()
l = len(s)
n = int(input("Cümlədə sözün nömrəsini daxil edin: "))
s = s.split(' ')
print(s[n-1])
Altproqramlardan hansı məqsədlər üçün istifadə olunur?