RƏSM ƏSƏRİNDƏN FOTOŞƏKLƏ QƏDƏR
Müasir cərəyanların meydana çıxmasına nə səbəb oldu?
Rəssamlar real təsvirdən abstraksionizmə nə üçün keçdilər?
Tanış olun
Uzun yüzilliklər ərzində rəssamlar onları əhatə edən gerçəkliyi daha dəqiq təsvir etmək üzərində çalışıblar. Onlar təsviri uzun və üzücü zəhmət tələb etmədən gerçəkləşdirmək üsulunu tapmağa səy göstərirdilər.
XVIII əsrin əvvəllərində rəngkarlıq
Rəssamlar onların ətrafında baş verən hər anı saxlamağın üsullarını axtarırdılar. İncəsənə- tin tamamilə yeni istiqaməti olan fotoqrafiyanın1 kəşfi olub-keçənləri əbədiləşdirməyi mümkünləşdirdi. “Fotoqrafiya” anlayışı “işığın köməyi ilə rəsm” deməkdir, çünki əvvəlcə o, rəsmə kömək etmək üçün icad edilmişdi.
Fotoqrafiyanın tarixini öyrənərkən onun rəngkarlıq əsərlərinə oxşarlığından öz ifadə dilinin axtarışına doğru meyilləndiyini görmək olar.
Həyatdakı konkret hadisələrin onların görünən əşyaların timsalında canlandırılmasına əsaslanan yaradıcılıq növləri təsviri sənət adlanır. Bu növlər qrupuna heykəltəraşlıq, rəngkarlıq və qrafika aiddir.
1Fotoqrafiya (yun. phos - işıq + grapho - yazıram) - təsviri sənətin yeni növüdür. Burada işıq, rəng, format, kompozisiya, plan, çəkiliş rakursu - təsviri ifadə vasitəsidir.