RƏSSAM və KİNO SƏNƏTİ
Sizcə, fotoaparat və fotoqrafiya icad edildikdən sonra rəssamlar daha nəyi kəşf etmək istəmişdilər?
İlk fotoşəkillər nəyi xatırladırdı?
Tanış olun
Əsrlərboyu yaradıcı insanlar təsviri canlandırmağı, onu hərəkətə gətirməyi arzulayırdılar. Fotoqrafiya meydana çıxdıqdan sonra yalnız kiçik bir addım atmaq qalırdı: kino lentini, çəkiliş və proyeksiya üçün kino aparatlarını yaratmaq və ekranı əvəz edən ağ parça asmaq. Bu da baş verdi. Parisdə Lümyer qardaşları “Qatarın gəlişi” adlı ilk qısa kinolenti nümayiş etdirdikləri gün - 22 mart 1895-ci il kinonun yaranma günü hesab olundu.
Lümyer qardaşları (solda - Ogüst, sağda - Lui) və “Qatarın La Syota
vağzalına daxil olması" filmindən kadr
Əvvəlcə kino ağ-qara, səssiz idi, filmdə isə əsas ifadə vasitəsi təsvirin özü, onun hərəkət möcüzəsi oldu. Kinematoqrafın bu inkişaf mərhələsi “Böyük lal” adını almışdı. Səssiz kino dövrünə şöhrəti əfsanəvi Çarli Çaplin gətirmişdi.
Fotoqrafiya kimi, kino da tədricən öz dilini və bədii xüsusiyyətlərini axtarırdı. Fotoqrafiya kimi, incəsənətdə öz əhəmiyyətini sübuta yetirmək üçün kino da rəngkarlığı təqlid edirdi.