Primitivizm üslubunda yaradılan əsərlər haqqında nə demək olar? Bu cərəyanın əsas ideyası nədən ibarət idi?
Əşyaların formalarının dəyişdirilməsi, onların sadələşdirilməsi, müxtəlif həndəsi fiqurlardan təşkil olunması hansı üsluba işarədir?
Tanış olun
Dünyanı həndəsi fiqur formaları vasitəsilə dərk edən primitivizm, əslində, elə kubizmdir. Bu cərəyanın mənbəyi öz əksini yalnız Pol Sezannın rəngkarlıq əsərlərində tapmamışdır. Kubizmin ən məşhur nümayəndələrindən biri dünya şöhrətli Pablo Pikassodur. O, müxtəlif həndəsi formaların birləşməsindən tamamilə yeni və qeyri-adi sənət əsərləri yaradırdı.
Pablo Pikassonun yaradıcılığı çox zəngindir. O, dünya təsviri sənət tarixinə kubizmin yaradıcısı kimi daxil olsa da, kubizm onun yaradıcılığındakı dövrlərdən birini (on ilini) təşkil edir.
Pikassonun əsərlərində sadə həndəsi formalar
“Fernanda Olivye”. 1909.
Şimali Reyn-Vestfaliya
əyalətinin İncəsənət
kolleksiyası. Düsseldorf,
Almaniya
Təsviri sənətin elə bir janrı yoxdur ki, Pikasso orada özünü sınamasın. Onun əsərlərinin rəngkarlıq janrlarına bölünməsi tamamilə şərtidir. Rəssamın əsərləri janra görə deyil, onun yaradıcılığının bu və ya digər mərhələsini müəyyən edən üslub və rənglərin üstünlüyünə görə fərqlənir.