Monumental heykəltəraşlıq dəzgah heykəltəraşlığı nümunələrindən nə ilə fərqlənir?
Qədim zamanlardan müasir dövrə kimi heykəltəraşların yaratdıqları heykəllərin mövzusu nəyə həsr edilirdi?
Tanış olun
Britaniya heykəltəraşı Henri Mur XX əsrin elə nəhəng sənət ustalarındandır ki, onun orijinal və təkrarsız yaradıcılığı müasir insanları həyəcanlandırmaqda davam edir.
Onun həm muzeylərdə sərgilənən, həm də şəhər mühitində ucalan heykəlləri bütün dünyada məşhurdur. Henri Mur fəaliyyətə Avropa incəsənətində modernizmin1 formalaşdığı bir zamanda başlamışdır.
Murun əsərlərindəki heyrətamiz bədii bütövlüyün heykəltəraşlıq tarixində bənzəri yoxdur.
1Modernizm (ital. modernismo - müasir cərəyan) - XIX əsrin ikinci yarısı - XX yüzilliyin ortalarında incəsənətdə mövcud olan bədii cərəyanların məcmusu. İmpressionizm, postimpressionizm, kubizm, abstrakt incəsənət daha mühüm modernist meyillər idi. Modernizm - klassik ənənələrə yenidən baxışın başlanğıcı hesab olunur.