FAZİL NƏCƏFOV: İNSAN TƏSVİRİNDƏ FORMA AXTARIŞLARI
Heykəltəraşlığın başlıca mövzusu nəyə həsr edilir?
Heykəltəraşlıqda mövzu, material və forma seçimi nədən asılıdır?
Tanış olun
Müasir Azərbaycan heykəltəraşlığının ən parlaq nümayəndələrindən biri olan Fazil Nəcəfov görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovun yetirməsidir. Mövzu və janr müxtəlifliyi, plastik formaların incə duyumu, mövzunun mahiyyətinə uyğun müasir formalar, təsir və özünüifadə vasitələrinin axtarılması Fazil Nəcəfovun yaradıcılığının ilk illərindən etibarən hiss olunmağa başlayır.
1950-ci illərin sonu - 1960-cı illərin əvvəllərində Bakıda özlərini tamamilə bədii eksperimentlərə, fərdi sənət dilinin inkişafına həsr etmiş həmfikir rəssamlardan ibarət müəyyən mühit formalaşmışdı. Onların yaradıcılığında məzmunla yanaşı, əsərlərinin əsasını müxtəlif formalar təşkil etməyə başlamışdı.
Monumentallıq, yığcamlıq, dəqiq və inamlı kompozisiya həlli F.Nəcəfovun əsərlərinin səciyyəvi cəhətlərindəndir. Rəssam hər zaman bədii yaradıcılıqda sərbəstliyə, cəsarətli formalara, orijinal ideyalara, yeni obrazların yaranmasına can atırdı.