21-ci |
YUN, İPƏK, PAMBIQ VƏ KƏTAN PARÇALARDAN
|
Gözəl və dəbli geyim hər kəsin arzusudur. Yun kostyumdan tutmuş kətan köynəyə qədər bütün geyimlər əsaslı qulluq və baxım tələb edir. Yalnız belə olan halda onlar uzun müddət təzə və təravətli görünə bilər.
Yun və ipək parçadan olan paltarlara necə qulluq etmək lazımdır? |
Elə bu məqsədlə istehsalçılar hər bir geyim növünün üzərinə ona qulluq haqqında əmtəə yarlığı bərkidir.
Yun və ipək paltarlar üçün əmtəə yarlığındaki simvolların izahı aşağıdakı cədvəldə verilmişdir.
Cədvəl 1
Yun və ipək parçadan olan paltarlara qulluq üzrə simvollar
Simvol | Məmulata qulluq üsulları | Parçanın növü |
İslağa qoymadan 40° C-dən yüksək olmayan temperaturda əl ilə yuyulur. Yüngülcə, burmadan sıxılır. | İpək, yun | |
Yumaq olmaz. Nəm halda olanda ehtiyatla davranmaq lazımdır. | Yun parçalardan olan məmulatlar | |
Nəm məmulat asılmış halda qurudulur. | Yun və ipək parçalar | |
Nəm məmulat müstəvi səthə sərilmiş halda qurudulur. | Yun parçalardan bəzi məmulatlar | |
Ütünün altı 150° C temperatura qədər olduqda ütülənir. | Yun parçalar | |
Ütünün altı 110° C temperatura qədər olduqda ütülənir. | İpək parçalar | |
Quru təmizləmədən istifadə edilir (kimyəvi təmizləmə) | Yun parçalar | |
Quru təmizləmə qadağandır. 40° C-dən artıq olmayan temperaturda əl ilə yuyulur. | İpək parçalar | |
Xlor tərkibli maddələrlə ağartmaq olmaz. | Yun və ipək parçalar |
Vaxt və pul sərfini azaltmaq üçün məmulatın çirklənmə dərəcəsini, rəngini və parçanın növünü nəzərə almaqla yuyulma və təmizləmə zamanı istifadə ediləcək yuyucu-təmizləyici vasitələrin təsir gücü haqqında məlumatlı olmaq lazımdır. Əgər lazımi yuyucu tozlar, gellər və digər təmizləyici vasitələr istifadə edilərsə, təbii ipək və yun parçadan hazırlanmış məmulatları qabaqcadan islağa qoymaq tələb olunmur.