23-cü |
MƏMULATIN SÖKÜLMÜŞ TİKİŞLƏRİNİN
|
Tikişlərin sökülməsi tez-tez rast gəldiyimiz haldır. Parçanın sökülmüş tikişlərini əsaslı bərpa etmək üçün bu işin incəliklərini bilmək lazımdır.
Sökülmüş tikişləri necə bərpa etmək olar? |
1. Maşın tikişinin zədələnmiş hissəsini bərpa etmək üçün məmulatı tərs üzünə çevirmək lazımdır. Bunun üçün sökülmüş saplar kəsilir və hər iki hissə üzərindən çıxardılır (şəkil 1).
Əgər zədələnmiş hissə böyükdürsə, bu zaman tikiş xətti təbaşirlə işarələnir (şəkil 2). Məmulatın hissələri nişanlama xətti üzrə birləşdirilir. Təbaşirin izi ilə birləşmə tikişi aparılır (şəkil 3). Əvvəldə və axırda hər biri 4 sm olmaqla bərkitmə tikişi yerinə yetirilir (şəkil 4).
Əgər sökülmüş hissə kiçikdirsə və əl altında tikiş maşını yoxdursa, maşın tikişi əvəzinə əl ilə “iynəarxası” tikiş tikilir (şəkil 5).