4-cü |
DETALLARIN HƏRƏKƏTLİ VƏ HƏRƏKƏTSİZ
|
Müasirzamanda satılan məişət mebellərinin əksəriyyəti süni ağac materiallarından (SAM) hazırlanır. Bu materiallara oduncaqyonqarlı lövhələr (OYL), oduncaqlifli lövhələr (OLL) və ortasıxlıqlı oduncaqlifli lövhələr (OSOLL) və ya MDF (Medium Density Fibreboard, yəni KDF (Kiçik dispersiyalı fraksiya)) aiddir. Bunun bir neçə səbəbi vardır. Birincisi, onların ucuz olması, ikincisi, xammalın çox zaman hamının əldə edə bilmədiyi çox qiymətli ağac növünə bənzəyən teksturalı şponlarla üzlənməsi (fanerlənməsi), üçüncüsü isə süni oduncaq materiallarının eninin böyük olmasıdır. Bu materiallar həm də çox möhkəmdir və buna görə də mərkəzi isitmə sistemli quru yerdə istiliklə bağlı heç bir problem yaratmır.
Dünyanın hər yerində süni oduncaq materiallarının istehsal olunması onları son 40 ilin ən çox istifadə edilən materialı etmişdir.
Xarrat işlərində süni oduncaq materiallarından hazırlanmış mebellər lövhəli mebellər adlanır.
Hər bir mebel bir çox hissələrdən quraşdırılır və bu hissələr birbiri ilə müxtəlif üsullarla birləşdirilir.
Mebellərin quraşdırılması zamanı hansı birləşmə növlərindən istifadə edilir? |
Birləşmə növləri hərəkətli və hərəkətsiz olur.
Vəziyyətlərinin dəyişilməzliyi təmin olunan (nisbi yerdəyişmələrin olmaması) detal birləşmələri hərəkətsiz birləşmə adlanır.
Hərəkətsiz birləşmə sökülən və sökülməyən olur.
Süni oduncaq materiallarının hərəkətsiz birləşmələrini nəzərdən keçirək.
1. Şurupla birləşmə ən sadə hərəkətsiz birləşmədir. Detalları şurupla birləşdirmək çox çətin deyil. Lakin detalları birləşdirməzdən əvvəl şurupu düzgün seçmək lazımdır. OYL-dən olan detalları birləşdirmək üçün oduncaqda işlədilən şuruplardan fərqli olaraq başqa quruluşlu şuruplar tətbiq olunur.