8-ci |
ƏLVAN METALLARIN SƏTHİNİN
|
Əlvan metallar qara metallara nisbətən az məşhurdur. Bu onunla izah olunur ki, əlvan metalların yataqlarına az rast gəlinir, onların əridilmə prosesi çox mürəkkəbdir və maya dəyəri böyükdür.
Hansı metallar əlvan metallara aiddir? |
Əlvan metallara mis, alüminium, qalay, sink, nikel, titan, maqnezium, gümüş, qızıl və s. aiddir. Onlardan alüminium və mis ərintiləri daha çox yayılmışdır.
Əlvan metalların səthini nə üçün bəzəmək lazımdır? |
Qara metallar kimi əlvan metallar da korroziyaya məruz qalır. Əlvan metallar ətraf mühitlə fiziki-kimyəvi reaksiyaya girir və bunun nəticəsində onların xassələri dəyişir. Bu da metalların korlanmasına və texnoloji proseslərin pozulmasına gətirib çıxarır.
Əlvan metalların səthinin bəzədilməsinin hansı üsul və növləri var? |
Bəzəmənin üsul və növləri çoxdur, lakin konkret üsul seçimi onun müəyyən məmulata tətbiqinin məqsədəuyğunluğundan asılıdır.
Əlvan metaldan olan məmulatlar müxtəlif üsullarla bəzədilir: anodlaşdırma, qızılsuyunasalma, laklama, patinləşdirmə1, gümüşləmə, xromlama, minaçəkmə və s. Bu üsulların hər birini ayrı- ayrılıqda nəzərdən keçirək.
Anodlaşdırma - bəzəmənin eyni vaxtda həm dekorativlik, həm də qoruyuculuq funksiyası daşıyan növüdür. Hər bir metalın, o cümlədən məişətdə ən çox işlədilən alüminiumun pas və korroziyadan mühafizəyə ehtiyacı var.
1Patinləşdirmə — patin çəkmək, tunc və ya mis məmulatı qədimdən qalmış əşyaya oxşatmaq üçün üzərinə xüsusi maddə çəkmək