10-cu |
AĞACDAN HAZIRLANMIŞ PƏNCƏRƏLƏRİN
|
Ağac nəinki etibarlı təbii materialdır, həm də digərlərinə nisbətən bir çox üstünlüklərə malikdir. Ağacdan hazırlanmış pəncərə çərçivələri xarici təsirə qarşı davamlıdır, səsi və istiliyi izolyasiyaetmə qabiliyyətinə malikdir. Ən başlıcası isə ağacdan hazırlanmış pəncərələri olan otaqda lazımi rütubət asanlıqla qorunub saxlanılır.
Ağacdan hazırlanmış istənilən pəncərə çərçivəsi vaxt keçdikcə havanın təsiri altında köhnəlir: çərçivənin səthindən lak-boya örtüyü lay-lay qopub tökülür və oduncaq çürüyür (şəkil 1). Pəncərə çərçivələrinin elementlərinin korlanma dərəcəsindən asılı olaraq, onların ya yenisi ilə əvəzlənməsi, ya da təmir edilməsi məcburiyyəti qarşısında qalırıq.
Bu dərsdə məhz ağacdan hazırlanmış pəncərə çərçivəsinin təmir edilməsindən danışacağıq.
Ağacdan hazırlanmış pəncərələri necə təmir etmək olar? |
Çox halda ağacdan hazırlanmış pəncərə bütövlükdə normal işləyir - əla açılıb-bağlanır və hava buraxmır. Lakin pəncərənin xarici görünüşü könülaçan deyil. Qopub tökülmüş boya, kiçik cızıq və qopuq yerləri kəskin nəzərə çarpır. Belə hallarda pəncərəni əsaslı rəngləmək lazım gəlmir, sadəcə, yüngül bərpaedici təmir işləri aparmaq kifayət edir, yəni qopuq yerləri zamaskalamaq və çərçivəni bir qat olmaqla rəngləmək.
Aydındır ki, ağacdan hazırlanmış pəncərələrin kosmetik təmiri onların əhatəli bərpasından əhəmiyyətli dərəcədə fərqlənir. Kosmetik təmirin yaxşı cəhəti odur ki, köhnəlmiş pəncərələrin istismar vaxtı artır və tam bərpa olunma ehtiyacı zaman etibarilə uzanır.
Ağacdan hazırlanmış pəncərə çərçivələrinin təmiri qaydaları və texnologiyası ilə tanış olaq.
İlk öncə təmir üçün iş yerini hazırlamaq lazımdır.
Təmir zamanı mebel və məişət texnikasının üzərinə polietilen örtük çəkmək və ya imkan olarsa, onları iş aparılan yerdən kənarlaşdırmaq lazımdır.